Tbilisidə Cənubi Qafqazı birləşdirən Azad Fikir Çayxanası from Onnik Krikorian on Vimeo.

Screen Shot 2014-04-07 at 02.08.09 Tbilisinin mərkəzi tarixi ərazisində, Heydər Əliyev Parkı yaxınlığında yerləşən Azad Fikir Çayxanası mənsubiyyətindən asılı olmayaraq hamını birləşməyə çalışır.

Çay və kitab evi kimi təsvir olunan, daha çox tələbələrin yığışdığı məkanı 27 yaşlı Elvin Bunturk (Əmrahov) dostları ilə yaradıb. Azad Fikir Çayxanası 2013-cü ilədək Bakıda fəaliyyət göstərən Azad Fikir Universiteti ideyası üzərində qurulub, Elvin deyir.

2013-cü ilin aprel ayında prokurorluq Azad Fikir Universitetinin qapısını möhürləmişdi. Bundan sonra AFU əvvəlki formatında fəaliyyət göstərməyib.

Çay evi ticarət layihəsi olsa da, onun məqsədi daha genişdir, Elvin deyir. Burada ideyaların paylaşılması və kitabların oxunması onun üçün mühümdür. Çünki bu, regiondakı hər üç ölkənin vəziyyətlərini yaxşılaşdıra bilər, o deyir.

Bunturk deyir ki, daha əvvəl Fars Çay Evi olan Azad Fikir Çayxanası üçün onun böyük planları var.

Bu həftə o, çay evinin üstündə kiçik bir restoran açıb. Burada milli Azərbaycan yeməkləri satılır, masalarda isə Azərbaycan dilində klassik və müasir kitablar, o cümlədən məhşur xarici əsərlərin tərcüməsi düzülüb.

Erməni və azərbaycanlı jurnalistlər həmçinin işlə bağlı söhbətlər etmək, diskussiyalar aparmaq üçün bura gəlib. Gürcü yazıçılar ölkənin ədəbiyyatını gənc etnik azərbaycanlılara təqdim etmək üçün Facebook-da reklam olunan tədbirlər keçirir.

Amma Marneulidə doğulan Elvin üçün ən önəmlisi, Gürcüstanın etnik azərbaycanlı əhalisi üçün daha yaxşı və hamının əlinin çatdığı təhsil yaratmaqdır. O deyir ki, gələcəkdə bu planlar Gürcüstanın digər etnik azlıqlarına da şamil olunacaq ki, onlar da Gürcüstan cəmiyyətinə tam inteqrasiya edə bilsinlər.

Cənubi Qafqazda mənzillənən britaniyalı jurnalist Onnik Krikorian Elvin Bunturk ilə söhbət edib və bu videonu hazırlayıb.

Leave a comment