Screen Shot 2014-04-07 at 02.08.09 25-26 martda üç azərbaycanlı metal qrupu – SerumHatred, Silence Lies Fear və Live or Leave qrupları erməni və gürcü qruplarla yanaşı Tbilisidəki rok müsabiqəsində iştirak edib.

Qaliblər Almaniyada keçiriləcək Wacken Metal Festivalında Cənubi Qafqazı təmsil edəcək. Qalibləri Azərbaycan, Ermənistan və Gürcüstandan olan jüri seçəcək.

İştirak edən yeddi qrupdan üçü aprelin sonunda Gürcüstan paytaxtında keçiriləcək finalda çıxış edəcək.

BBC Azərbaycanca üçün jurnalist Onnik Krikorian musiqiçilərlə Azərbaycanda metal rok musiqinin durumu barədə danışıb.

Fotolar Onnik Krikoriana məxsusdur.

Leave a comment